Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:40

Rusiya vətəndaşları Ukraynaya daxili pasportla gedə bilməyəcəklər


-

Martın 1-dən Rusiya vətəndaşlarının Ukrayna ərazisinə daxil olmaları ilə bağlı yeni qaydalar qüvvəyə minib. Yeni qaydaya əsasən bunun üçün xarici pasportun olması mütləqdir.

Müvafiq qərarı fevral ayının əvvəlində Ukrayna baş naziri Arseniy Yatsenyuk imzalayıb.

Bundan öncə Rusiya vətəndaşları daxili pasportla Ukraynaya gedə bilirdilər. Rəsmi Kiyev yeni qaydanın tətbiqini Ukrayna-Rusiya sərhəddinə nəzarəti gücləndirmək və milli təhlükəsizlik maraqları ilə izah edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG