Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:00

Otüstü hokkey üzrə Azərbaycan yığmasının rəqibləri bəlli oldu


Gələn il avqustun 18-25-i aralığında İngiltərənin Mançester şəhərində keçiriləcək otüstü hokkey üzrə Avropa Çempionatına (AÇ) qatılacaq Azərbaycanın qadınlardan ibarət yığma komandasının rəqibləri bəlli olub. Yığma B qrupunda Almaniya, İspaniya və Ukrayna komandaları ilə mübarizə aparacaq. A qrupuna isə Hollandiya, İngiltərə, İrlandiya və İtaliya yığmaları daxildir. AC-də ilk üc yeri tutanlar Pekin Olimpiadasına vəsiqə qazanacaq.
XS
SM
MD
LG