Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:44

Tacikistanda parlament seçkiləridir


Tacikistanda seçki plakatları
Tacikistanda seçki plakatları

-

Tacikistanda martın 1-də parlament seçkiləri keçirilir.

63 deputat yeri uğrunda 300-ə yaxın namizəd mübarizə aparır. Prezident Emomali Rahmon-un rəhbərlik etdiyi Demokratik Partiyanın qələbə qazanacağı gözlənir.

Əsas rəqib partiya ölkədə qeydiyyatdan keçmiş yeganə islam partiyası olan İslam Dirçəliş Partiyasıdır.

Hakimiyyətə müxalif mövqedə duran partiyalardan biri də Sosial-Demokratik Partiyadır. Digər partiyalar özlərini konstruktiv müxalifət adlandırır və açıq-aşkar hakimiyyəti dəstəkləyir.

ATƏT missiyasının aralıq hesabatında göstərilir ki, seçki kompaniyası dönəmində hakimiyyət tənqidçilərinə qarşı siyasi təzyiq göstərib.

XS
SM
MD
LG