Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:27

Milli Şura martın 15-nə mitinq planlaşdırır


Fevralın 28-də qiymət artımına etiraz aksiyası
Fevralın 28-də qiymət artımına etiraz aksiyası

-

Milli Şura martın 15-də mitinq keçirməyi planlaşdırır. Bu barədə AzadlıqRadiosuna Demokratik Qüvvələrin Milli Şurasının mətbuat katibi Oqtay Gülalıyev məlumat verib. Bildirib ki, bu barədə qərar Şuranın Koordinasiya Mərkəzinin fevralın 28-də keçirdiyi iclasda qərar qəbul olunub.

Aksiyanın əsas şüarı “Talançılığa son” olacaq. Məqsəd Milli Bankın fevralın 21-də rəsmi qərarla milli valyutanı- manatı dəyərdən salmasına və bahalaşma nəticəsində ölkəyə gözlənən iqtisadi tənəzzül, iflasa etiraz etməkdir.

Oqtay Gülalıyev bildirir ki, mitinq üçün Bakı şəhər İcra Hakimiyyətinə rəsmi müraciət göndərilməsi qərara alınıb.

Hökumət manatın devalvasiyanı ölkə iqtisadiyyatının şaxələndirilməsi, ixracın stimullaşdırılması ilə izah edir və qiymət artımına səbəb olmayacağını deyir.

İclasda həmçinin ölkədəki ictimai siyasi vəziyyət, vətəndaş cəmiyyəti fəallarına qarşı davam edən repressiyalar və digər məsələlər müzakirə olunub.

Koordinasiya Mərkəzinin iclasında Rusiya müxalifətinin aparıcı simalarından olan Boris Nemtsovun qətlə yetirilməsi də kəskin pislənilib.

Bundan başqa toplantıda jurnalist, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Şahvələd Çobanoğlunun istintaqa çağrılması və onun son 7 illik fəaliyyəti ilə bağlı vergi yoxlamasının aparılmasına dair məhkəmə qərarı hakimiyyətin siyasi sifarişi kimi qiymətləndirilib. Bununla bağlı Milli Şuranın etiraz bəyanatının hazırlanması qərara alınıb.

XS
SM
MD
LG