Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:40

Gömrük Komitəsinin sədri sahibkarlarla qiymətləri müzakirə etdi


Aydın Əliyev

Aydın Əliyev

-

Fevralın 28-də Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev işadamları ilə görüşüb.

Komitənin rəsmi saytında verilən məlumata görə, Aydın Əliyev bildirib ki, işadamları ilə bugünkü görüşün dünyada baş verən maliyyə böhranı dövründə keçirilməsi təsadüfi deyil: «O cümlədən, dünya bazarında neftin kəskin ucuzlaşması, eyni zamanda Azərbaycanda milli valyutanın devalvasiyası ərəfəsində sahibkarlarla bu görüşün gerçəkləşməsi mühüm əhəmiyyət kəsb edir».

Komitə sədri qeyd edib ki, mövcud şəraitdən yararlanmağa çalışan «bəzi dırnaqarası işadamlarının süni qiymət artımı ilə müşahidə olunan qeyri-konstruktiv fəaliyyətləri yolverilməzdir». O, məhz bu amilin də əhali arasında «müəyyən çaşqınlıq» yaratdığını bildirib.

Aydın Əliyevin dediyinə görə, sahibkarlarla keçirilən görüşün də əsas məqsədi bu kimi neqativ halları aradan qaldırmaq və mövcud problemlərin birgə həlli istiqamətində səyləri artırmaqdır.

Gömrük Komitəsinin mətbuat xidməti öz məlumatında göstərməyib ki, sahibkarların süni qiymət artımına getməmələri üçün gömrük xidməti onlara hansı şəraiti yaradacaq.

Fevralın 27-də İmişlidə olarkən Aydın Əliyev bildirmişdi ki, manatın ucuzlaşmasına baxmayaraq, gömrük rüsumlarının dəyişdirilməsi nəzərdə tutulmur.

Xüsusilə ölkəyə mal gətirən bəzi sahibkarlar yerli mətbuata şikayətlənirlər ki, gömrük rüsumlarından başqa onlardan qeyri-rəsmi rüsum ödənilməsi də tələb olunur. Bu isə ölkəyə gətirilən malların qiymətinin qat-qat yüksək olmasına təsir edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG