Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:38

«Qiymət artımına son» aksiyası keçirildi (Video)


-

Fevralın 28-də Bakının mərkəzində, «Fəvvarələr meydanı»nda manatın ucuzlaşmasından sonra yaranmış süni qiymət artımına qarşı etiraz aksiyası keçirilməsinə cəhd olub.

AzadlıqRadiosunun müxbiri xəbər verir ki, əraziyə 50-60 nəfər toplaşıb: «Üç yaşlı qadın jurnalistlərə yaxınlaşıb qiymət artımından sonra pisləşən vəziyyətlərindən danışıb. Bu vaxt polislər qadınlardan birini ərazidən uzaqlaşdırıb. Onun hara aparıldığını müəyyənləşdirə bilmədik. Ancaq qadının aparılması ətrafa yığışanların etirazını gücləndirdi. Polis əməkdaşları 15-dək adamı ərazidən uzaqlaşdıraraq xüsusi maşınlara mindirdi. Onların arasında azyaşlılar da vardı».

Aksiya zamanı Taleh Səməd adlı bir jurnalist bayılıb. Təcili yardım çağırılsa da, hələlik, köməyə gələn yoxdur, - müxbirimiz xəbər verir.

Bir neçə gündür ki, «facebook»da «Qiymət artımına son. Qiymət qalxdı, sən də qalx!» şüarı altında aksiyaya çağırış səhifəsi yaradılıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG