Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:13

-

Azərbaycan «Dağ yəhudiləri» dini icmasının sədri Boris Simanduyev vəzifəsindən istefa verib.

ANS-in məlumatına görə, fevralın 26-da Quba rayonunun Qırmızı qəsəbəsində icma üzvlərinin iştirakı ilə keçirilən mərasimdə Boris Simanduyev tutduğu vəzifədən getmək istədiyini bildirib.

O, bu istəyini yaşının çox olması ilə əlaqələndirib. 21 il «Dağ yəhudiləri» dini icmasının rəhbəri olmuş B.Simanduyev mərasimdə icmaya xahişlə müraciət edib.

Qırmızı qəsəbə dini icmasının yeni sədri Yurik Naftaliev seçilib. 1960-cı il təvəllüdlü qəsəbə sakini icmanın yeni lideri olub. O, Simferopolda tibb institutunu bitirib.

Prezident İlham Əliyevin qərarı ilə 2013-cü ildə 80 illik yubileyi keçirilmiş Boris Simanduyev Azərbaycanda xalqlar arasında dostluq münasibətlərinin inkişafındakı səmərəli fəaliyyətinə görə «Şöhrət» ordeni ilə təltif edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG