Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:54

İD yüz minlərlə qədim əlyazmanı məhv edib


İD İraqda qədim tarixi abidələri məhv edir.
İD İraqda qədim tarixi abidələri məhv edir.

Bəzi xəbərlərə görə İslam Dövləti adlanan təşkilat Mosul kitabxanasını talan edərək yüz minlərlə nadir tarixi əlyazmanı yandırıb.

İlkin məlumatlarda ekstremist qruplaşma tərəfindən 8000 kitabın məhv edildiyi bildirilib.

Lakin “The İndpendent”qəzetinin müxbiri Mosul kitabxanasının rəsmilərinə əsasən xəbər verib ki, ümumilikdə 112 min 709 əlyazma və kitab məhv edilib.

Bunlardan bəziləri UNESCO-nun qeydiyyatında olub.

İraqNews.com saytı xəbər verir ki, yerli sakinlər kitabxananın yandırılmasına mane olmaq istəsələr də ekstremistlərin qarşısını ala bilməyiblər.

2003-cü ildə ABŞ-ın hərbi müdaxiləsi zamanı da Mosul kitabxanası dağıdılmışdı, lakin o vaxt adamlar yüzlərlə qiymətli kitabı evlərində saxlayaraq xilas edə bilmişdilər.

XS
SM
MD
LG