Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 17:57

İspaniyada Ukraynanın şərqində Rusiya yönlü separatçıların sıralarında döyüşmüş səkkiz vətəndaş həbs olunub.

Xəbər verilir ki, Donbasda separatçılarla çiyin-çiyinə döyüşən ispaniyalılar ifrat solçu qruplaşmanın üzvləridirlər.

Bu səkkiz nəfər ötən cümə İspaniyanın 6 regionunda səhər saatlarında həbs ediliblər.

İspaniya polisi bildirib ki, bu şəxslər Donbasdakı münaqişəfdə iştirak etdikdən sonra ölkəyə qayıdıblar. Burada onlara müxtəlif cinayətlərin törədilməsi ilə əlaqədar ittihamlar irəli sürülüb.

Mənbə bildirir ki, bu ispanlara qarşı qanunsuz silah saxlanması, silahlı münaqişədə iştirak və Ukrayna münaqişəsində İspaniyanın neytrallığının pozulması kimi ittihamlar irəli sürülə bilərdi.

Xəbər verilir ki, İspaniyada vətəndaş müharibəsi dövründə general Franco-ya qarşı döyüşmüş interbriqadalardan ilhamlanan ifrat solçu ekstremistlər ötən avqustda Ukraynanın döyüş meydanlarında çəkilmiş fotolarını sosial media şəbəkələrində yerləşdirmişdilər.

İspaniya Daxili İşlər Nazirliyi bildirib ki, Ukrayna münaqişəsində iştirak edən ölkə vətəndaşlarının aşkar edilib cəzalandırılması bundan sonra da davam etdiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG