Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:25

Füzulidə 2250 yaşlı uşaq heykəl aşkar edilib


Foto arxiv
Foto arxiv

Füzulidə 2250 yaşlı dəmir heykəl aşkar edilib.

APA-nın xəbərinə görə, rayonun Bala Bəhmənli kənd qəbiristanlığında tapılan uşaq heykəli tarixçilərin marağına səbəb olub.

Hündürlüyü 10 sm, ağırlığı isə 400 qram olan dəmir oğlan heykəli yerli sakinlər tərəfindən tapılıb və Füzuli Tarix Diyarşünaslıq Muzeyinə təhvil verilib.

Muzey rəhbərliyi tapıntını araşdırmaq üçün Azərbaycan Milli Elmlər Akademiyasına göndərib. AMEA-nın alimləri aşkarlanan dəmir heykəlin eramızdan əvvəl təxminən 250 il əvvəl hazırlandığını müəyyən ediblər.

XS
SM
MD
LG