Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 14:59

Əfqanıstanda qar uçqunlarında ölənlərin sayı 229-a çatıb


Əfqanıstanda qar uçqunu

Əfqanıstanda qar uçqunu

Əfqanıstanın şimal-şərqində baş verən qar uçqunlarında ölənlərin sayı 229-a çatıb.

BMT-nin hümanitar məsələlər üzrə idarəsindən verilən məlumata görə 18 əyalətdə yüzlərə insan ev-eşiyini tərk etməli olub.

Təkcə Pəncşir əyalətində 100-dən çox ev dağılıb.

Yollar bağlandığından xilasedici əməliyyatlar çətinləşib.

Ölü sayının artacağı istisna olunmur.

Paytaxt Kabillə ölkənin şimalını birləşdirən Salanq tuneli bağlanıb.

Yaxın günlərdə ölkənin bir çox rayonlarında güclü şaxta gözlənilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG