Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:11

-

Bank Respublikanın yaydığı məlumatda deyilir ki, bank fiziki və hüquqi şəxslərin manat və dollar hesablı əmanətlərinin faiz dərəcələrini qaldırıb. Yeni qaydalar 6 aydan 3 ilədək qoyulan bütün depozit növlərinə şamil olunur.

İndi milli valyuta üzrə fiziki və hüquqi şəxslərin əmanətlərinin maksimal faiz dərəcəsi faizlərin aylıq çıxarıldığı təqdirdə illik 12%, dollarda olan əmanətlər isə illik 9% (hüquqi şəxslərə 8%) təşkil edir. Faiz gəlirləri müddətin sonunda çıxarıldığı halda faiz dərəcəsi illik 12,5% və müvafiq olaraq 9,5 (hüqusi şəxslərə 8,5%) təşkil edəcək.

Bununla yanaşı, 36 ay müddətinə qoyulan əhalinin əmanətlərinə 13,9% və müvafiq olaraq 24 ay müddətli hüquqi şəxslərin əmanətlərinə 13,5% illik faiz dərəcəsi təyin edib.

Fevralın 27-də “AtaBank” ASC manat əmanətləri üzrə faiz dərəcələrini artırıb. Bankın məlumatında deyilir ki, müştərilər bir il müddətinə illik 12%, 5 il müddətinə isə illik 16% dərəcə ilə əmanət yerləşdirə bilərlər.

Hər ay əmanət hesablarını artırmaq istəyənlər üçün isə faiz dərəcələri 1% daha artırılıb.

«Ümumilikdə “AtaBank” ASC manat əmanətləri üzrə illik faiz dərəcələrinin artımını “Manata dəyər verək” şüarı altında xüsusi kampaniya çərçivəsində davam etdirəcək»-deyə məlumatda bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG