Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:16

Rusiya hökuməti 44 milyard dolları əlavə vəsait istəyir


Vladimir Putin və Anton Siluanov
Vladimir Putin və Anton Siluanov

Rusiya hökuməti Dövlət Dumasından azı 2,7 triliyon rubl (44 milyard ABŞ dolları) əlavə vəsait istəmək fikrindədir.

Bunu maliyyə nazirinin müavini Tatyana Nesterenko deyib.

Bundan əvvəl ehtiyat fontdan artıq 500 milyard rubl istənilmişdi.

Amma Maliyyə nazirliyi bir qədər sonra əlavə 3,1 trilyon rubl lazım olacağını bəyan edib.

Maliyə Naziri Anton Siluanov Rusiya televiziyasına müsahibəsində hökumətə əlavə vəsait lazım olacağını bəyan edib.

Nesterenko həmçinin bildirib ki, proqnozlara görə, bu il büdcə kəsiri 3,7 faiz olacaq ki, bu əvvəlcə nəzərdə tutulduğundan 0,6 faiz çoxdur.

O bildirib ki, nazirlik büdcə xərclərini 17,5 milyard dollar ixtisar etmək fikrindədir.

Prezidentin mətbuat katibi Dmitry Peskov isə fevralın 27-də deyib ki, prezident administrasiyaında maaşlar 10 faiz ixtisar ediləcək.

Dünya bazarında neftin düşməsi və Ukraynaya görə Rusiyaya qarşı tətbiq edilən iqtisadi sanksiyalar Rusiya iqtisadiyyatına ciddi ziyan vurub.

XS
SM
MD
LG