Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:38

ABŞ generalı Moskva və rusiyapərəst separatçıları ittiham edib


Foto arxiv
Foto arxiv

ABŞ-ın Avropadakə hərbi komandiri Ben Hodges Ukraynaın şərqindəki rusiyapərəst separatçıları Minsk razılaşmasında üzərlərinə düşən öhtəlikləri doğrulmamaqda günühlandırıb.

O bunu fevralın 26-da birgə hərbi təlimlərdən sonra Macarıstanda keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, atəşkəs rejimi bir neçə yerdə işləsə də, ümumilikdə demək olar ki, tam işləmir.

O həmçinin Rusiyanın beynəlxalq müşahidəçilərin atəşkəs rejimini izləməsinə imkan yaratmadığını bildirib.

Hoces həmçinin qeyd edib ki, separatçılar və Rusiyanın ağır silahları həmin ətrafda hərəkət etsə də geri çıxardılmır.

Amerikikalı general bildirib ki, NATO və Avropa Birliyi Rusiyaya qarşı diplomatik təzyiqləri davam etdirməli, ona qarşı iqtisadi sanksiyaları saxlamalı və Ukrayna hökumətinə iqtisadi dəstəyi davam etdirməlidir.

XS
SM
MD
LG