Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:09

Hüquq müdafiəçisi deyir ki, ukraynalı pilot bir neçə günə ölə bilər


Nadia Savchenko
Nadia Savchenko

“Ukraynalı pilot Nadia Savchenko bir neçə günə ölə bilər”

Bunu vevralın 27-də Kremldəki insan haqları şurasının üzvü Yelena Masyuk deyib.

O dünən axşam həbsxanada Savchenko ilə görüşdüyünü və səhətinin kəskin pisləşdiyini deyir.

Savchenko ona qarşı irəli sürülən ittihamlaraetiraz olaraq 80 gündür ki, həbsxanada aclıq edir.

O ötən ilin iyununda Ukraynanın şərqində rusiyapərəst separatçılar tərəfindən tutularaq Rusiyaya verilib.

Keçmiş pilot 2 rusiyalı jurnalistin ölümündə əli olmaqda ittiham olunur.

Rusiyanın PenitensiarXidməti isə Masyukun iddiasını rədd edir, Savchenkonun daima nəzarət altında olduğunu və həyatına təhlükə olmadığını deyir.

ABŞ və Avropa Birliyi bu günlərdə Rusiya hakimiyyətini Savchenkonu təcili azad etməyə çağırıblar.

ABŞ bildirib ki, Ukrayna münaqişəsi ilə bağlı fevralın 12-də Minskdə əldə edilmiş razılaşmada bütün hərbi əsirlərin dəyişidirilməsi də nəzərdə tutulur və bu Savchenkoya da şamil edilməlidir.

XS
SM
MD
LG