Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 22:06

Ukrayna DİN Milli Bank qarşısında toqquşmaları araşdırır


Milli Bank qarşısında aksiya

Milli Bank qarşısında aksiya

-

Ukraynanın Daxili İşlər Nazirliyi Kiyevdə Milli Bank qarşısında milislə nümayişçilərin toqquşması üzrə cinayət işi qaldırıb. Bu barədə facebook səhifəsində nazirlik rəhbəri Arsen Avakov məlumat verib.

Özlərini “maliyyə maydanı” fəalları adlandıran etirazçılar fevralın 26-da keçirdikləri aksiyada Milli Bank rəhbərinin istefasını tələb ediblər. Nümayişçilər çadırları yığışdırmaqdan imtina etdiklərindən hüquq-mühafizə əməkdaşları ilə toqquşma yaranıb. Dörd nəfər yaralanıb.

Kiyev milisi isə bildirir ki, toqquşma etirazçılarla kommunal xidmət əməkdaşları arasında baş verib. Sonuncular çadırlara sökməyə çalışıblar. Ukrayna Milli Qvardiyasının hadisə yerinə gələn əməkdaşları isə toqquşanları ayırıb və barrikadaların sökülməsinə şərait yaradıb.

Ukrayna DİN rəhbəri toqquşmaları «biabırçılıq», milisin hərəkətini isə “qeyri-professional” adlandırıb. O, “bütün ölkədən” və şəxsən etirazçılardan üzr istəyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG