Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:06

-

...Milli totalitarizmimizdən çəkilən film dünyanı heyrətləndirib bizə Oskardan-zaddan da qazandıracaq...

Sabutay

ƏDƏBİYYAT VƏ AZADLIQ


(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

İçində yaşamağa məhkum olduğumuz və ya məhkum edildiyimiz vətən boyda totalitar həbsxana yəqin ki, nə vaxtsa tarixin arxivinə yollanacaq.

Və beləliklə Sovetlər rejimindən sonra bizim üçün tarixdə ikinci post-totalitar dövr başlayacaq.

Ola bilsin ki, məhz o günlərdə totalitarizmin ölkəyə bəxş etdiyi dəhşətlər daha aydın şəkildə şüurlarda aydınlaşacaq.

Neçə-neçə bu mövzulu ədəbi əsərlərin, filmlərin ideya əsasları da beləcə yaranacaq.

Üstəlik, milli totalitarizmimizdən çəkilən film dünyanı heyrətləndirib bizə Oskardan-zaddan da qazandıracaq...

...Sovet totalitarizmindən sonrakı aydın günlərdə az qala hər ədəbiyyat adamı rejimin qəzəbinə düçar olduğunu bildirirdi, çoxları dissident səviyyəli təqiblərindən danışırdı.

Hətta ədəbiyyat aləmində “sandıq ədəbiyyatı” deyilən termin də yaranmışdı.

Baxmayaraq ki, biz nə sovet rejimini silkələyən və ya mahiyyətini ortaya qoyan ədəbiyyatı sandıqda tapa bildik nə də Nadir Ağayevdən başqa bir dissidentin olduğunu gördük.

İddia edilirdi ki, guya hansısa flimləri Moskva kəsib-doğrayırdı, ondan ötrü ki, həmin hissələrdə rejimi sarsıdacaq nələrsə vardı.

Bütün bunların cəfəngiyyat olduğunu bilmək üçün bir balaca illərin keçməsini gözləmək lazım gəldi.

Tezliklə xalqımız öz azadlığını ikinci totalitar rejimə satanda bu xəyanətin başında elə həmin sızıldayan ədəbiyyat, mədəniyyət, ziyalı kateqoriyasından olanları gördük...

Sovet rejiminin dəmir sərhədlərindən fərqli olaraq milli totalitarizmimiz sədlər tanımayan internet əsrində hökm sürməkdədir.

Yəni, sovet rejimində olduğu kimi yenə də çap etmirlər və sairə tipli bəhanələr indi keçərli deyil.

Əlbəttə, bu günün öz çətinlikləri mövcuddur və kitab, yayım kimi məsələləri mövzum etməkdən uzağam.

Bəli, bu gün totalitarizmin mahiyyətini ortaya qoyan filmə maliyyə kimsədən gələ bilməz. Lakin ədəbiyyat, xüsusilə nəsr...

Bu gün ən adi sosial məslənin belə totalitarlarizmin mahiyyətindən doğduğunu bilmək üçün elmi əsərlərə baş vurub düşünmək ehtiyacı yoxdur.

Amma totalitarizmin mahiyyətindən törənən və on illərlə sürəcək faciəmizi dərk edib buna qarşı ədəbi silahın formalaşmaması nəyin göstəricisidir?

Bu gün dünya avtoritarlarını, sistemləri ifşa edən bədii əsərləri maraqla oxuyuruq, lakin gözümüz önündə milli avtoritarizmimizin mahiyyətini ortaya qoymaq yönündə gözlərimiz və ya beynizmiz niyə “kordur”?

Hələlik totalitarizmə qarşı açıq ədəbi manifiestlə ortya çıxan yazarlar birliyi və ya yazarlar yoxdur.

Lakin ədəbiyyat şüurlarda azadlıq toxumu səpmək qüdrətinə malikdir və onun cücərtiləri real həyatda aparıcı insanlar yetişdirə bilər.

Yeri gəlmişkən, indi azərbaycanlı rejimin texnologiyası əsasında musiqi-şou içində mənasızlıqda çürüyərək real həyatınını və faciəsini tiryək uymasında imiş kimi görmür.

İnsan amilinin, ədalətin öldürüldüyü bir məkanda ədəbiyyat bundan daha böyük faciə nəyi görüb yazacaqdır ki...

Mən bilirəm ki, totalitarizm sona yetəcək.

Bu yöndə ədəbiyyatın da xidməti olmalıdır. Necə ki, məsələn, Misirdə dəyişikliklərin şüurlarda əks olunmasına ədəbiyyat öz töhfəsini vermişdi.

Misirli yazıçı Halid el Hamisinin 58 sürücünün monoloqundan ibarət “Taksi” əsəri totalitarizmin Misir səhnəsinin acı ifşasıdır.

Yeri gəlmişkən....məhz Mübarəkin təslim olduğu gündən Misirdə insanlar görünməmiş yüksək tirjlarla kitablar və dərgilər oxumağa başlamışlar.

Bu misalı 300-500 satılan tiraja sevinən yazarlarımıza nəzərən çəkdim.

Bilirsiz, öz taleyinin yiyəsi olduğunu anlayan xalq məhz o zaman oxumağa başlayacaq. Çünki düşünəcək, düşüncələri öyrənəcək, təhlil edəcək və bunun üçün oxumaq ehtiyacı hiss edəcəkdir. ...

Bu gün Oruelin “1984” əsərini az yazıçı tapılar kimi oxumasın. Bəs Oruelvari bir həbsxanada yaşadığımızı niyə görmürük? ...

Dəmir barmaqlılar içində isə İnsanın düşünə bildiyi tək hədəf Azadlıq ola bilər.

Həbsxana barmaqlıqlarını kəsib doğraya biləcək zərif də olsa ədəbiyyat kimi bir nəsnə də var...​

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG