Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:49

Yunanıstanda Syriza əleyhinə ilk aksiya keçirildi


Afinada bu il fevralın 5-də parlament qarşısında nümayiş

Afinada bu il fevralın 5-də parlament qarşısında nümayiş

-

Afinanın mərkəzində onlarla etirazçı hökumətə qarşı aksiya keçirib. Onlar mağazaların şüşələrini sındırıb, Molotov kokteyli atıb, maşınları yandırıb.

Fevralın 26-da keçirilən aksiya radikal solçu Syriza partiyası hakimiyyətə gələndən ilk etirazdır.

Təxminən 450 ifrat sağçı küçələrə çıxıb, polis onları dağıdıb.

Baş nazir Alexsis Tsipras hökuməti ötən həftə AB tərəfdaşları ilə razılıq əldə edib. Afinaya yardım proqramının vaxtı uzadılıb.

Ancaq bu razılaşma Tsipras-ın partiyasında da narazılıq yaradıb. İfrat solçular hökuməti seçki kampaniyası vədlərindən geri çəkilməkdə ittiham edib. Tsipras qənaət tədbirlərinə son qoymağı, 240 milyard avroluq borc paketini də bitirməyi vəd edirdi.

Fevralın 27-də Almaniyada deputatlar dörd aylıq razılaşmanı səsə qoyacaqlar. Almaniya xilas planının əsas donorudur.

Günün bütün mövzuları

XS
SM
MD
LG