Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:27

Kerry gələn həftə Rusiya və İrandan həmkarları ilə görüşür


Kerry və Lavrov fevralda Münxen təhlükəsizlik konfransında

Kerry və Lavrov fevralda Münxen təhlükəsizlik konfransında

-

ABŞ Dövlət katibi John Kerry martın 2-də İsveçrədə Rusiya və İrandan olan həmkarları ilə görüşəcək. Rusiya xarici işlər naziri Sergei Lavrov-la Ukrayna böhranı üzrə danışıqlar aparılacaq. Heç bir həftə deyil ki, Kerry Rusiya rəsmilərini Ukraynanın şərqindəki separatçıları maliyyələşdirmə məsələsində yalan danışmaqda ittiham edib.

Kerry Cenevrədə BMT-nin İnsan Haqları Şurasının yüksək səviyyəli görüşündə də iştirak edəcək. Daha sonra Montro kurort şəhərində iranlı həmkarı Mohammad Javad Zarif ilə görüş keçirəcək. İranın nüvə proqramını məhdudlaşdırması əvəzində Tehrana iqtisadi sanksiyaların yumşaldılması müzakirə olunacaq.

İran altı fövqəldövlətlə martın 31-dək müvəqqəti saziş əldə etməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG