Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:04

Ukrayna ordusu özünün ağır silahlarını və hərbi texnikasını təmas xəttindən geri çəkməyə başlayıb.

Ölkənin Müdafiə Nazirliyi bildirib ki, 100 mm çapından böyük olan silahların çəkilməsi ilkin mərhələdir və bu prosesə beynəlxalq müşahidəçilər nəzarət edəcəklər.

Bundan bir qədər əvvəl Rusiya yönlü separatçılar öz ağır silahlarını cəbhə xəttindən geri çəkdiklərini bildirmişdilər.

Atəşkəs barədə saziş fevralın 15-də qüvvəyə minsə də, qiyamçılar strateji Debaltsevo mənrtəqəsini bundan bir neçə gün sonra zəbt ediblər.

Ukraynanın şərqindəki Donetsk və Luqansk vilayətlərində ötən ilin aprelindən başlanmış döyüşlərdə 5800 insan həlak olub.

Ukrayna hökuməti, Qərb liderləri və NATO əmindirlər ki, separatçılara ağır silahlar və başqa hərbi dəstək Rusiya tərəfindən verilir.

NATO Rusiyadan öz qoşunlarını Ukrayna ərazisindən çıxarmasını tələb edib.

Moskva Ukrayna ərazisində ona aid hərbçilərin olmasını inkar edir.

Bu arada Ukraynada atışmalar davam edir və Kiyev bildirib ki, döyüşlər dayanmasa, ağır silahların geri çəkilməsi cədvəlinə yenidən baxa bilər.

ATƏT bildirib ki, separatçılar onun müşahidəçilərinin atəşkəsi monitorinq etməsinə ciddi maneələr törədirlər.

Minsk razılaşmasına əsasən Ukrayna hökumət qoşunları və separatçılar ağır silahlarını cəbhə xəttindən azı 50 kilomretrlik məsafədə geri çəkməlidirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG