Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:20

Hüquq müdafiəçisi Taleh Xasməmmədov 3 aylıq həbs olundu


Taleh Xasməmmədov

Taleh Xasməmmədov

Göyçay rayon Məhkəməsi hüquq müdafiəçisi Taleh Xasməmmədovun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib.

Bu haqda AzadlıqRadiosuna Talehin anası Gülbuta Xasməmmədova məlumat verib.

Taleh Xasməmmədov fevralın 24-də saxlanıb, xuliqanlıqda ittiham olunur.

O, bundan əvvəl, 2011-ci ilin noyabrında da xuliqanlıq və polisə müqavimət maddələri ilə həbs edilmişdi. Göyçay rayon Məhkəməsi onun haqqında 4 il azadlıqdan məhrumetmə cəzası çıxarmışdı. Təxminən bir il sonra prezidentin əfv sərəncamına düşərək azad olunmuşdu. O vaxt beynəlxalq təşkilatlar Taleh Xasməmmədovu «vicdan məhbusu» sayırdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG