Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:13

İslam Dövləti yaraqlılarının Suriyadakı mövqeləri bombalanıb


Foto arxiv
Foto arxiv

İslam Dövləti yaraqlılarının Suriyanın şimal-şərqindəki mövqelərinə hava zərbələri endirilib.

Bu barədə Londondakı Suriya İnsan Haqları Mərkəzi xəbər verir.

İslamçılar bu həftə həmin ərazidə 200-dən çox yerli xristianı girov götürüblər.

Məlumata görə əsas hədəf yaraqlıların Tel-Tamar şəhəri ətrafındakı mövqeləri olub.

Yaraqlılar bu ərazidəki kəndlərdə azı 220 xristianı girov götürüblər.

Assuriyalıların birləşdiyi Suriya Birlik partiyasının rəhbəri Echove Gouriyenin AzadlıqRadiosuna verdiyi məlumata görə əsirlərin əksəriyyəti Al Shadadeyə aparılıblar.

O beynəlxalq aləmi assuriyalıları və onların tarixi ərazilərini müdafiə etməyə çağırıb.

Hazərda İraq və Suriyanın xeyli hissəsinə nəzarət edən İslamçı yaraqlılar dini azlıqların yüzlərlə üzvünü qətlə yetiriblər.

XS
SM
MD
LG