Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:15

Varşavadakı Ermənistan səfirliyi qarşısında etiraz aksiyası keçirilib


Warsawa

Warsawa

Polşada təhsil alan azərbaycanlı gənclər Varşavadakı Ermənistan səfirliyinin qarşısında etiraz aksiyası keçiriblər.

Bu barədə APA-ya onlardan biri Ramal Məmmədli məlumat verib.

Aksiyanın təşkilatçısı, Dünya Azərbaycanlıları Konqresinin Polşa nümayəndəliyinin rəhbəri Nail Əhməd bildirib ki, məqsəd Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalına son qoyulmasını tələb etmək olub.

Aksiya iştirakçılarından biri “Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutu”nun rəhbəri Əhməd Şahidov isə deyib ki, məqsədlərdən biri də azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin Dağlıq Qarabağda qanunsuz həbsinə etiraz bildirmək olub.

Aksiyaçılar polyak , Azərbaycan və ingilis dillərində “Xocalıya ədalət” “Azərbaycanlı girovlara azadlıq” kimi şüarlar səsləndiriblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG