Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:30

Azərbaycan dilinin qrammatikasında yeni araşdırmalar edilib


Arxiv fotosu
Arxiv fotosu

Dilçilər ilk dəfə Azərbaycan dilinin funksional qrammatikasını yazıblar.
Bu haqda Azərbaycan Milli Elmlər Akademiyası Dilçilik İnstitutunun Müasir Azərbaycan dili şöbəsinin müdiri, yeni qrammatikanın müəlliflərindən biri olan İsmayıl Kazımov fevralın 26-da Trend informasiya agentliyinə bildirib. Onun sözlərinə görə, “Azərbaycan dilinin funksional qrammatikası” 4 cildli kitab şəklində çapdan çıxıb.

Alim dilin funksional qrammatikasında dil vahidlərinin funksional, semantik xüsusiyyətlərinin öyrənildiyini deyib:

“Dildə 15-ə yaxın funksiya var. Funksional qrammatika da nəzəri qrammatikadır. Bu qrammatika dil vahidlərinin hansı vəzifələri, hansı funksiyaları yerinə yetirdiklərini müəyyən edir. Türk dillərində funksional qrammatika öyrənilməyib. Dilçi alim Fəxrəddin Veysəllinin təşəbbüsü ilə yazılan bu qrammatikanı Azərbaycan dilçiliyində yeni bir istiqamət də saymaq olar”.

Qrammatikanın yazılmasında bir çox müəlliflərin iştirak etdiyini deyən İsmayıl Kazımov qeyd edib ki, rus və ingilis dillərinin funksional qrammatikası olsa da, indiyədək Azərbaycan dilinin funksional qrammatikası yox idi.

İnstitutun şöbə müdirinin sözlərinə görə, ali məktəblərdə magistratura səviyyəsi üzrə təhsil alan tələbələr funksional qrammatikanı bir qədər yaxşı başa düşmürlər: "Ona görə də bu qrammatikanın ali təhsilin həm bakalavr, həm də magistratura səviyyələrində tədris edilməsi yaxşı olar".

XS
SM
MD
LG