Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:44

Xocalı qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilib


Czech Republic - The 18th anniversary of the tragic events in Azerbaijani town of Khojali was marked in Lidice, Czech Republic, 26Feb,2010

Czech Republic - The 18th anniversary of the tragic events in Azerbaijani town of Khojali was marked in Lidice, Czech Republic, 26Feb,2010

Fevralın 26-ı saat 17-də Azərbaycanda Xocalı faciəsi qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Nəqliyyat vasitələri, Bakı buxtasındakı gəmilər, metro və yerüstü qatarlar fit verib.

Həmçinin Azərbaycanın xarici ölkələrdəki diplomatik korpusları, dövlət qurumları, hərbi hissələr və gəmilərdə dövlət bayraqları endirilib.

Erməni silahlı birləşmələri 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Xankəndindəki 366-cı Rusiya alayının köməyi ilə Xocalıya hücum edib.

Nəticədə 613 nəfər öldürülüb, 1000 nəfər isə əlil olub. Ölənlərdən 106-ı qadın, 63 azyaşlı uşaq, 70 isə qocadır.

8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideyinini,130 uşaq isə valideynlərindən birini itirib.

Həmin vaxt 1 275 dinc sakin əsir götürülüb, onlardan 150-nin taleyi indi də məlum deyil.

Günün bütün mövzuları

XS
SM
MD
LG