Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:24

Ukrayna hərbçiləri fevralın 26-da ağır silahların cəbhə xəttindən çıxarılmasına başlandığını xəbər verirlər.

Ukrayna ordusu bundan əvvəl son 24 saat ərzində itki olmaması barədə mlumat yaymışdı.

Bu məlumat rusiyapərəst separatçıların Debaltseve şəhərini ələ keçirməsindən sonra Minsk razılaşmasının həyata keçiriləcəyinə ümid yaradır.

Fevralın 12-də imzalanmış həmin sənədə görə, tərəflər fevralın 15-də atəşkəs elan etməli, 2 gündən sonra isə ağır silahları geri çəkməli idilər.

Amma bundan sonra separatçılar Debaltseveni ələ keçirdilər.

Fevralın 26-da ilk dəfədir ki, cəbhə xəttində elə bir ağırinsident qeydə alınmayıb.

Ötən ilin aprelindən Ukraynanın şərqində hökumət qüvvələri ilə rusiyapərəst separatçılar arasında gedən döyüşlərdə 5600-dən çox adam ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG