Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:51

Ombudsman AB-nin insan haqları üzrə nümayəndəsini qəbul edib


Stavros Lambrinidis

Stavros Lambrinidis

-

Ombudsman (insan haqları üzrə müvəkkil) Elmira Süleymanova fevralın 26-da Avropa Birliyinin İnsan hüquqları üzrə xüsusi nümayəndəsi Stavros Lambrinidis-in rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Ombudsman Aparatından verilən məlumatda deyilir ki, müvəkkil AB nümayəndəsinə görülən işlərdən danışıb. Bildirib ki, fəaliyyəti dövründə hökumətə 461 təklif verib, bunlardan 60 faizi öz həllini tapıb.

AB-nin İnsan hüquqları üzrə xüsusi nümayəndəsi Stavros Lambrinidis təmsil etdiyi beynəlxalq təşkilatın Azərbaycanla qarşılıqlı əlaqələrin daha da genişləndirilməsində maraqlı olduğunu diqqətə çatdırıb.

Görüşdə Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard da iştirak edib.​

Günün bütün mövzuları

XS
SM
MD
LG