Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:52

Qarabağda Şahbaz Quliyev və Dilqəm Əsgərovun «apellyasiya məhkəməsi» keçirilib


Dilqəm Əsgərov
Dilqəm Əsgərov

-

Fevralın 26-da Xankəndində separatçı Dağlıq Qarabağ rejimi azərbaycanlı girovlar Dilqəm ƏsgərovŞahbaz Quliyev üzərində «apellyasiya məhkəməsi» keçirib.

Azərbaycanlı girovlar və onlar üçün təyin olunmuş vəkillər şikayətlərini təqdim ediblər.

apa-nın məlumatına görə, «məhkəmə»nin qərarı martın 10-da elan olunacaq.

Ötən ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən erməni qüvvələri tərəfindən girov götürülüblər.

Digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. Həsən Həsənovun meyiti geri alınaraq Bakıda dəfn edilib.

Ötən il dekabrın 19-da qondarma rejim əsirlikdə olan Dilqəm Əsgərovu ömürlük, Şahbaz Quliyev isə 22 il azadlıqdan məhrum edib.

Qondarma rejim 46 yaşlı Şahbaz Quliyevi və 54 yaşlı Dilqəm Əsgərovu qətldə, casusluqda, «sərhəd»i qanunsuz keçməkdə, qanunsuz silah daşımaqda ittiham edir.

Azərbaycan tərəfi bu məhkəmənin heç bir hüquqi qüvvəsi olmadığını bildirib.

Bu ayın əvvəlində ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri James Warlick səlahiyyətli şəxsləri 2 azərbaycanlı məhbusu Azərbaycan hökumətinə qaytarmağa çağırmışdı.

O bildirmişdi ki, bu cür humanist addım tərəflər arasında etimad yaradılması və gərginliyin azalmasına kömək edə bilər.

XS
SM
MD
LG