Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:15

Lavrov Qərbi diqqəti Minsk razılaşmasından yayındırmaqda günahlandırır


Sergei Lavrov
Sergei Lavrov

Rusiyanın xarici işlər naziri Sergei Lavrov Moskvaya qarşı mümkün yeni sanksiyalarla bağlı ABŞ Dövlət katibi John Kerry və digər Avropa rəsmilərinin bəyanatlarına münasibət bildirib.

Lavrov hesab edir ki, bu cür bəyanatlarda məqsəd diqqəti atəşkəs və sülhlə bağlı bağlı Minsk razılaşmasının həyata keçirilməsinə yönəlmiş cəhdlərdən yayındırmaqdır.

ABŞ Dövlət katibi John Kerri və bir sıra Qərb liderləri bundan əvvəl xəbərdarlıq ediblər ki, əgər rusiyapərəst separatçılar Ukraynanın şərqindəki Mariupol şəhərinə hücum etsələr Rusiya yeni sanksiyalarla üzləşəcək.

ABŞ və Avropa Birliyi Moskva və rusiyapərəst separatçıları atəşkəs rejimini pozmaqda günahlandırır.

Fevralın 12-də Minskdə əldə edilmiş razılaşmaya əsasən tərəflər fevralın 15-də atəşkəs elan etməli, 2 gündən sonra isə ağır silahları cəbhə xəttindən çıxarmalı idilər.

Amma separatçılar bundan sonra Ukraynanın şərqindəki Debaltseve şəhərini ələ keçirdilər.

Son günlər atəşin səngidiyi müşahidə olunur.

Ukrayna ordusu fevralın 25-də itki olmadığını xəbər verir.

Amma ATƏT-in müşahidəçiləri ağır silahların cəbhə xəttindən geri çəkilməsini hələlik təsdiqləməyib.

XS
SM
MD
LG