Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:42

Rusiya paraşütçüləri Estoniya və Latviya sərhədində


Estoniya-Rusiya sərhədində ABŞ tankı və bayrağı
Estoniya-Rusiya sərhədində ABŞ tankı və bayrağı

-

Fevralın 25-də 2 minədək Rusiya əsgəri ölkənin qərbindəki Pskov regionunda təlim keçib. Pskov Avropa Birliyi üzvləri olan Estoniya və Latviya ilə həmsərhəddir. Moskva paraşütçü hissələrinin təftişini keçirdiyini bildirib.

Təlimdə 1500 paraşütçü paraşütdən tullanacaq. Fevralın 28-dək davam edəcək təlimdə əsgərlər xəyali düşmənin hava bazasını tapıb məhv edəcəklər.

Ukrayna böhranı başlanandan, Rusiya keçmiş sovet qonşularını və Qərbi təlaşa salan bir neçə təlim keçirib.

Estoniya fevralın 24-də müstəqillik gününü hərbi paradla qeyd edib. Paradda NATO texnikası və Britaniya, Niderland, İspaniya, Latviya və Litva əsgərləri iştirak edib.

Litva fevralın 24-də bildirib ki, bu ilin sonuna məhdud səfərbərlik elan edəcək.

XS
SM
MD
LG