Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:46

-

Prezident İlham Əliyev fevralın 26-da Xocalı qurbanlarının şərəfinə qoyulmuş abidəni ziyarət edib. O, abidə önünə əklil qoyub.

Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu da Xocalı qurbanlarını anma mərasiminə qatılıb.

Mərasimdə nazirlər, komitə və şirkət rəhbərləri, deputatlar, dini konfessiyaların başçıları iştirak ediblər.

1992-ci il fevralın 25-dən 26-a keçən gecə sovet ordusunun Xankəndində yerləşən 366-cı motoatıcı alayının köməyi ilə erməni silahlı birləşmələri Xocalıya hücum edib.

Rəsmi məlumatda deyilir ki, həmin vaxt 613 nəfər öldürülüb, 1000 nəfər aldığı güllə yarasından əlil olub. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirilib.

8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.

Həmin vaxt 1275 nəfər dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi indi də məlum deyil.

Günün bütün mövzuları

XS
SM
MD
LG