Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:19

Ermənistan Rusiya ilə qazın qiymətini “danışır”


Yerevanda Rusiya ilə qaz sazişlərinə etiraz aksiyası, 2013-cü il, dekabr

Yerevanda Rusiya ilə qaz sazişlərinə etiraz aksiyası, 2013-cü il, dekabr

-

Ermənistan bildirir ki, Rusiya ilə təbii qazın qiymətinin dondurulması üzrə danışıqlar aparır.

Dövlət Xidmətlərin Tənzimlənməsi Komissiyasının rəhbəri Robert Nazarian deputatlara deyib ki, milli valyuta məzənnəsinin “tərəddüdləri” enerji tariflərinin müəyyənləşdirilməsində əsas faktordur.

Ötən il Ermənistan dramı ABŞ dolları və digər valyutalara nisbətdə dəyərini 15 faiz itirib

Nazarian deyib ki, Ermənistan “Rusiya ilə danışıqlar aparır ki, dram-dollar dəyişikliklərini nəzərə alıb təbii qazın qiyməti qaldırılmasın”.

2013-cü ilin iyulunda bu dövlət qurumu elektrikin qiymətini qaldırıb və Rusiya qazının qiymətinin artmasını əsas gətirib. Ermənistanda elektrikin üçdə birindən çoxu həmin qaz hesabınadır. Qiymət ötən ilin iyulunda daha 10 faiz artıb.

2013-cü ilin dekabrında Ermənistan ölkədaxili qazpaylayıcı şəbəkədəki 20 faizlik payını da Rusiyanın Gazprom şirkətinə satıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG