Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:41

3 Orta Asiyalı İD-ni dəstəkləməkdə ittiham olunur


Özbəkistanda aşkarlanan İD simvolları

Özbəkistanda aşkarlanan İD simvolları

-

ABŞ rəsmiləri bildirir ki, İslam Dövləti (İD) yaraqlılarına maddi dəstək göstərməyi planlaşdırmaqda ittiham olunan 3 Orta Asiyalı həbs edilib.

24 yaşlı Abdurasul Juraboev Özbəkistandan, 19 yaşlı Akhror Saidakhmetov Qazaxıstandandır, onlar İD yaraqlıları ilə birlikdə vuruşmaq üçün Türkiyə ərazisindən Suriyaya getməyi planlaşdırırmışlar. Ədliyyə Departamenti iddia edir ki, Juraboev, İD göstəriş verərsə, Birləşmiş Ştatlarda terror aktı törətməyə də hazır olub. Saidakhmetov isə xaricə gedə bilməyəcəyi halda terror aktı törətmək niyyətində olubmuş.

30 yaşlı Abror Habibov da Özbəkistandandır, onun İD-ə qoşulmaq istəyən Saidakhmetov-a yardım göstərdiyi iddia edilir.

Təqsirləri sübuta yetirilsə, hər üçünə maksimum 15 il cəza kəsilə bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG