Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 01:01

Kerry deyir ki, Putin Ukraynada sabitsizlik yaradır


John Kerry Nümayəndələr Palatasında

John Kerry Nümayəndələr Palatasında

-

ABŞ Dövlət katibi John Kerry Rusiya prezidenti Vladimir Putini “torpaq ələ keçirməklə” Ukraynada sabitsizlik yaratmaqda ittiham edib. Kerry deyib ki, Moskva və yaraqlılar bu ayın əvvəlində razılaşdırılmış atəşkəsə əməl etmirlər.

Kerry fevralın 25-də ABŞ Nümayəndələr Palatasının xarici əlaqələr komitəsində çıxış edib.

Bu arada Ukraynanın şərqində sakitlik hökm sürüb, Kiyev son 10 gündə ilk dəfə olaraq cəbhə xəttində ölüm halları barədə məlumat yaymayıb.

Ancaq ATƏT hələ də cəbhə xəttindən ağır texnikanın çıxarılmasını təsdiqləməyib. Bu şərt fevralın 12-də əldə olunmuş Minsk sazişinin əsas bəndlərindən biridir.

“Bu günə kimi nə Rusiya, nə də onun dəstəklədiyi separatçılar öhdəliklərin yerinə yetirilməsinə yaxınlaşmayıblar,” Kerry deyib. O, bir daha xəbərdarlıq edib ki, “belə davam etsə, nəticələri olacaq – Rusiyanın zəifləmiş iqtisadiyyatına əlavə gərginlik yaradacaq nəticələri”.

Günün bütün mövzuları

XS
SM
MD
LG