Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:37

ABŞ rəsmiləri Netanyahu-nu İrana görə tənqid edirlər


Benjamin Netanyahu
Benjamin Netanyahu

ABŞ rəsmiləri İsrailin baş naziri Benjamin Netanyahu-nun Amerika və İran arasında davam edən nüvə danışıqları ilə bağlı tutduğu mənfi mövqeyini kəskin tənqid ediblər.

Netanyahu dünya güclərini İranın nüvə silahı əldə etməsi cəhdlərinin qarşısını almaqdan imtina etməkdə günahlandırıb.

İranla danışıqlarda ABŞ-ı təmsil edən dövlət katibi John Kerry bildirib ki, İsrail bu danışıqlara münasibətdə yanlış mövqe tutub.

Kerry bəyan edib ki, İsrail baş nazirinin gələn həftə Konqresdə edəcəyi çıxışını gözləyəcək.

Dövlət katibi yada salıb ki, “Netanyahu prezident Bush-un vaxtında İraqa müdaxilənin qızğın tərəfdarı olub və bunun nə ilə nəticələndiyi hamıya bəllidir”.

Netanyahu-nu Konqresdə çıxış etmək üçün respublikaçılar dəvət ediblər. Onlar Qərbin İranla apardığı nüvə danışıqlarının və Tehranla yaxınlaşmanın əleyhinə çıxırlar.

Prezident Obamanın milli təhlükəsizlik müşaviri Susan Rice ABŞ-İsrail münasibətlərinin partiyalararası münasibətlər müstəvisinə gətirilməsinin əleyhinə olduğunu bildirib.

Netanyahu-nun dəvət olunması məsələsində Ağ Evin və ya demokratların rəyi öyrənilməyib və prezident Obama bildirib ki, İsraildə keçiriləcək 17 mart seçkisinin yaxınlığı ilə əlqədar baş nazir Netanyahu ilə görüşməyəcək.

XS
SM
MD
LG