Keçid linkləri

2024, 09 May, Cümə axşamı, Bakı vaxtı 01:46

Ekspert: Edilən dəyişikliklər televiziyanı sıxışdırmaqdı


Arxiv fotosu
Arxiv fotosu

-

Gözlə

No media source currently available

0:00 0:05:37 0:00
Direct-ə keçid

TELEVİZİYALAR DAHA ÇOX CƏRİMƏ EDİLMƏLİDİR

Azərbaycan Milli Televiziya və Radio Şurasının səlahiyyətləri artırılıb, üstəlik teleradio yayımçılarına qarşı cəzalar sərtləşdirilib.

Milli Məclis fevralın 24-də bəzi maddələrə dəşiyikliyi təsdiqləyib.

“Televiziya və radio yayımı haqqında” qanunun 16.11-ci, 23.1-ci maddələrinə dəyişiklik edilib.

Bundan əvvəl teleradio yayımçısı istifadə haqqını müəyyənləşdirilmiş müddətdə ödəyə bilmirdisə, onda müvafiq icra hakimiyyəti orqanı- yəni, Teleradio Yayımı Şurası məbləğ ödənilənə qədər dayandırılması barədə məhkəmə qarşısında iddia qaldıra bilirdi. İndi dəyişikliklərə görə, bu məsələləri şura özü həll edəcək.

23.1-ci maddəyə edilən dəyişikliyə görə, teleradio yayımçıları lisenziyanın qayda və şərtlərini və qanunun tələblərini pozduqda lisenziyanın qüvvəsi və ya hər hansı proqramın yayımı Teleradio Yayımı Şurasının qərarı ilə bir ayadək müvəqqəti dayandırılır.

İndiyədək qüvvədə olan qanuna görə qaydalar, şərtlər və qanunun tələblərini pozduqda lisenziyanın qüvvəsi məhkəmənin qərarı ilə bir gündən yeddi günədək müvəqqəti dayandırıla bilərdi.

İnzibati Xətalar məcəlləsinin Televiziya və radio yayımı haqqında qanunvericiliyin (187-1)və Teleradio yayımı sahəsində xüsusi razılığın (lisenziyanın) qayda və şərtlərinin pozulması(187-2-ci) maddələrinə də dəyişiklik edilib.

Dəyişikliyə görə cərimələr vəzifəli şəxslər üçün 1500 manatdan 2500 manata qədər, hüquqi şəxslər üçün isə 5000 manatdan 8000 manata qədər olacaq. Bundan əvvəl isə pozuntular edən vəzifəli şəxslər 300 manatdan 500 manata qədər, hüquqi şəxslər min manatdan 2 min manata qədər cərimə olunurdu.

TELEMƏKAN SIXIŞDIRILIR

Ələsgər Məmmədli
Ələsgər Məmmədli

Media eksperti Ələsgər Məmmədli “Teleiziya və radio yayımı haqqında” qanunua edilən dəyişikləri şərh edib. O bildirib ki, edilən dəyişikliklər televiziyanı sıxışdırmaqdır:

“Səlahiyyətlərin artırılması onsuz da azadlıqları olmayan televiziyaları bir az da sıxmaq imkanı yaradacaq. Televiziyaların kifayət qədər problemləri var. Onların fəaliyyətinə onsuz da çox böyük müdaxilələr, informasiya monopoliyası, lisenziya asılılıqları var. Əslində teleradio şurasının durumu demokratik olsaydı, o zaman onun səlahiyyətlərinin gücləndirilməsindən qorxmaq lazım deyildi. İndiki halda son dəyişiklik teleradio məkanındakı azadlıqları bir az da azaltmaqdır.”

Ələsgər Məmmədli cərimələrin artırılmasına da münasibət bildirib. Ekspert vurğulayıb ki, teleradio məkanında cərimələrin həcmi 2007-cildən bəri eyni qalmışdı. Ələsgər Məmmədli cərimələrin miqdarını QHT-lər üçün nəzərdə tutulan cərimə miqdarı ilə müqaisə edərək bildirib ki, QHT-lər üçün cərimələrin miqdarı 10 qat yüksəkdir:

“QHT-lərə qarşı yüksək həcmli cərimələr var. Bu rəqəm 15 min manata qədərdir. QHT-lərə nisbətdə baxsaq teleradio sahəsində cərimələr çox aşağıdır. Televiziyalar kommersiya qurumudur. Müqaisə etsək QHT-lərə da az olmalı idi. Tənzimləmələr həmişə adekvat olmayıb. Məsələn, qəzetlərə 30-50 min manat cərimələr kəsilir, amma televiziyalar çox cüzi cərimə edilir”

ÇƏKİNDİRİCİ DƏYİŞİKLİKLƏR

Ekspert qeyd edib ki, yayımçının yayımda əməl etməli olduğu öhdəliklər lisenziyada göstərilib. Əgər hansısa qanun pozuntusu varsa bu həm də lisenziyada göstərilən şərtlərin pozulmasıdır.

Nurşirəvan Məhərrəmli
Nurşirəvan Məhərrəmli

Bir neçə gün öncə Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli mətbuata bildirmişdi ki, telekanallar şuranın səlahiyyətlərinin artırılmasından narahat olmasınlar. Bu dəyişiklik daha çox çəkindirici xarakter daşıyır:

“O demək deyil ki, biz istədiyimiz gün hər hansı kanalı bağlayacağıq. Bir çox Avropa ölkələrindəki oxşar qurumlar bu cür səlahiyyətlərə malikdir. Telekanallar narahat olmasınlar. Biz televiziyalarda məhdudiyyətlərin əleyhinəyik. Amma özbaşınalığın da əleyhinəyik. Teleradio yayımı haqqında qanunda əvvəllər yazılmırdı ki, məsələn, altı ay hər hansı televiziya kanalı fəaliyyət göstərmirsə, onun taleyi necə olacaq. Burda bir qeyri-müəyyənlik var idi. Səlahiyyətin artırılması ilə bu qeyri-müəyyənlik də aradan qaldırılacaq”.

Nuşirəvan Məhərrəmli əlavə edib ki, bu məsələlərin həlli üçün şura məhkəməyə müraciət etməli idi, dəyişiklikdən sonra isə məsələlər artıq şura tərəfindən həll olunacaq:

“Teleradio yayımçısı istifadə haqqını müəyyənləşdirilmiş müddətdə ödəyə bilmirdisə, lisenziya müddəti müvəqqəti olaraq alınacaq, televiziya kanalının fəaliyyəti bir ay müddətində dayandırılacaq. Milli Televiziya və Radio Şurası sırf teleradio yayımı üçün məsul olan bir qurumdur, bu fəaliyyəti tənzimləmək üçün yaradılıb. Biz tənzimləyici qurumuq, səlahiyyətləri xalqın mənafeyi üçün istifadə edəcəyik”.

ÖHDƏLİK

Teleradio yayımı sahəsində xüsusi razılıq (lisenziya) üçün keçirilən müsabiqənin qaydalarında göstərilir ki, lisenziya dövlət və ictimai teleradio yayımçılarından başqa digər qurumlara müsabiqə yolu ilə verilir.

Lisenziyanın sahibi öz fəaliyyətində Azərbaycan Respublikasının qanunvericiliyinə, "Televiziya və radio yayımı haqqında" Qanuna, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və sazişlərə, Şuranın qərarlarına və verilmiş lisenziyanın şərtlərinə istinad etməlidir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG