Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:14

Xədicə İsmayıla qarşı ittihamlar birləşdirilir


Xədicə İsmayıl
Xədicə İsmayıl

-

Fevralın 24-də həbsdə olan jurnalist Xədicə İsmayıla qarşı irəli sürülmüş ittihamlar bir icraatda birləşdirilib. Bu haqda AzadlıqRadiosuna fevralın 25-də jurnalistlə görüşən vəkil Yalçın İmanov məlumat verib. Onun bildirdiyinə görə, Xədicə İsmayıla qarşı irəli sürülən ittihamlarla bağlı işlər bundan sonra Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər İdarəsində aparılacaq:

«Bu haqda Xədicə İsmayıla dünən (fevralı 24-ü-red) məlumat veriblər. Ona qarşı 125-ci maddə (özünü öldürmə həddinə çatdırma) ilə bağlı irəli sürülən ittiham Bakı Şəhər Prokurorluğunda araşdırılırdı. Fevralın 13-də isə jurnalistə daha 4 maddə ilə ittiham irəli sürüldü. Bu maddələrin araşdırılması isə Ağır Cinayətlərə dair İşlər İdarəsində aparılır. Fevraılın 24-də jurnalistə yenidən elan edilmiş ittihama əsasən bütün 5 maddə üzrə istintaq bir icraatda birləşdirilib. Bu səbəbdən bütün ittihamlar bundan sonra Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində araşdırılacaq».

Vəkil Yalçın İmanov
Vəkil Yalçın İmanov

Vəkil deyir ki, jurnalist ittihamların bir icraatda birləşdirilməsini qanunsuz olduğunu diqqətə çatdırıb:

«Xədicə qərarda öz etirazını qeyd edib. Bildirib ki, ittihamların birləşdirilməsi onun şəxsi həyatınına aid olan sirlərin yayılmasına səbəb ola bilər. O etirazında həmçinin yazıb ki, bu qərar həm də Yalçın İmanovun onun vəkilliyindən kənarlaşdırılmasına hesablanıb».

Xədicə İsmayıl ötən ilin dekabr ayında özünü öldürmə həddinə çatdırma ittihamı ilə həbs edilmişdi.

Fevralın 13-də isə Xədicə İsmayıla qarşı mənimsəmə, vergi ödəməkdən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə və qanunsuz sahibkarlıq fəaliyyətilə bağlı maddələr üzrə əlavə ittihamlar təqdim olunub.

Son İttihamlar QHT-lərə açılan cinayət işində AzadlıqRadiosunun ofisində aparılan yoxlamalarla bağlıdır. Vəkil Yalçın İmanov həmin yoxlamalarla əlaqədar şahid qismində ifadə verib. Qanunla eyni cinayət işində şahid qismində cəlb olunan şəxs bu iş üzrə ittiham olunan başqa şəxsin hüquqlarını qoruya bilməz. Bu səbəbdən Yalçın İmanovun jurnalistin müdafiəsindən uzaqlaşdırılacağı gözlənilir.

İttihamlar təsdiqlənərsə jurnalisti 12 ilədək həbs cəzası gözləyir.

Xədicə İsmayıl ona qarşı irəli sürülən bütün ittihamları rədd edib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG