Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:42

Əfqanıstanda baş verən qar uçqunlarında 80-dən çox adam ölüb


Foto arxiv

Foto arxiv

Əfqanıstanın şimal-şərqindəki dağlıq ərazilərdə baş verən uçqunlar nəticəsində 80-dən çox adam ölüb.

Rəsmilərin sözlərinə görə ən çox itki Pənşer əyalətində olub.

Son günlər əyalətdə baş verən qar uçqunları nəticəsində 100-dən çox ev dağılıb,əsas yollar bağlanıb.

Yolların bağlanması xilasedici əməliyyatları çətinləşdirib.

Qonşu Tacikistandan verilən məlumata görə, uçqunlara səbəb güclü qar yağması və havaların qəflətən istiləşməsi olub.

Tacikistanda da azı 5 nəfərin öldüyü bildirilir.

Qırğızısyanın İssık-Kul vilayətində baş verən uçqundaisə istirahətə gələn 1 rusiyalı qadın ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG