Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:17

Moskva məhkəməsi ukraynalı pilot Savchenkonun şikayətini rədd edib


Nadia Savchenko

Nadia Savchenko

Moskva Apellyasiya məhkəməsi hazırda aclıq edən rusiyalı keçmiş pilot Nadia Savchenkonun həbs müddətinin uzadılması ilə bağlı şikayəti rədd edib.

Onun həbs müddəti mayın 13-dək uzadılıb.

Savchenko ötən ilin iyununda rusiyapərəst separatçılar tərəfindən Ukraynanın şərqində tutularaq, iyulda Rusiyaya verilib.

O 2 Rusiya jurnalistinin ölümündə əli olmaqda şübhəli bilinir.

Bu ilin yanvarında isə sərhəddi qanunsuz pozma maadəsi ilə ona qarşı yeni ittiham irəli sürülüb.

Savchenko ittihamları rədd edir.

O yanvarın 13-dən aclıq aksiyası keçirir.

Vəkillər, qohumları və və hüquq müdafiəçiləri onun səhətindən narahatlıq bildirirlər.

Vəkil fevralın 13-də keçirilən ilkin dinləmələrdə deyib ki, əgər o həbsxanada saxlansa, mayın 13-dək sağ qalmaya bilər.

Rusiya Savchenkonun azadlığa buraxılması ilə bağlı Qərbin çağrışlarını rədd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG