Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:39

Ümumdünya Səhiyyə Təşkilatı qızılcaya qarşı peyvəndi artırmağa çağırıb


Foto arxiv

Foto arxiv

Ümumdünya Səhiyyə Təşkilatı Avropa və Orta Asiyada qızılcaya qarşı peyvəndi təcili artırmağa çağırıb.

Təşkilatın Avropa üzrə direktoru Zsuzsanna Jakab fevralın 25-də bildirib ki, 20140-cü ilin əvvəllərindən bu yana 22 mindən çox adam bu infeksiyaya yoluxub.

Məlumata görə, Qırğızıstanda 7,477, Bosniya və Hertseqovinada5, 340, Rusiyada 3, 247, Gürcüstanda 3, 291, İtaliyada 1,674, Almaniyada 583, Qazaxıstanda isə 537 belə hal qeydə alınıb.

O bildirib ki, son 50 ildə göstərilən səylərə baxmayaraq bu infeksiya hələ də əngəl olaraq qalır.

Bu məsələ Berlində 18 aylıq bir uşağın qızılcadan ölməsindən sonra gündəmə çıxıb.

Təşkilatın yaydığı məlumata görə, xeyli valideyin uşaqlarına peyvənd vurulmasına qarşı çıxır.

Günün bütün mövzuları

XS
SM
MD
LG