Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 18:21

Qazax bazarında: «Göy-göyərti də bahalanıb, ayə!..»


Qazaxda mərkəzi bazar
Qazaxda mərkəzi bazar

-

Manat ucuzlaşandan – fevralın 21-dən bəri Qazax rayonunda qiymət artımı müşahidə edilir. Tütün məmulatlarının bahalaşması dərhal gözə çarpsa da, indi ərzağın indi neçəyə satıldığını dəqiqləşdirmək zaman aparır.

AzadlıqRadiosunun müxbiri hansı ərzaq məhsullarının bahalandığını öyrənmək üçün Qazaxdakı mərkəzi bazara baş çəkib.

Burada ötən şənbəyədək 80 qəpiyə satılan kartofu, 60 qəpiyə satılan soğanı indi 1 manata almaq olar. Qəfil qiymət artımı alıcıların həm cibini boşaldıb, həm də kefini pozub.

«PREZİDENTİMİZ DEYİB Kİ...»

Qazax bazarındakı satıcıların da üzü gülmür. Onlar qiymət artımını təsdiqləyir, eyni zamanda alış-verişin zəiflədiyini vurğulayırlar:

- Meyvə20-50 qəpik bahalaşıb...
- Son günlər kənd təsərrüfatı məhsullarının topdansatış qiyməti artıb. Biz də məhsulu baha aldığımızdan məcburən baha satmalı oluruq.
- Alver yox, pul yox... Necə dolanaq biz? Hər şey od qiymətinədir...

«MİLLƏT VƏKİLLƏRİ DEYİR ABORT ETDİRMƏYİN...»

Deyinən, narazılığını bildirən alıcılar, təbii ki, bazarda daha çox diqqət çəkirlər:

- Göy-göyərti də bahalanıb, ayə...

Qazaxda mərkəzi bazar
Qazaxda mərkəzi bazar

- Xaricdən gətirilən mallar lap bahalanıb!..

- Ay qardaş, aldığımız nədir ki, ona da bazarlıq edək? Prezidentimiz deyib ki, kim qiymətləri süni şəkildə qaldırsa, cərimələnəcək. Bəs necə olur bu gün bazarda qiymətlər kəllə-çarxa çıxıb?

- Belə də hökumət olar? Neynəməliyik? Gedib oğurluq edək, pis yola düşək? Bəlkə gedib nəşə sataq? Iki azyaşlı uşağım var, baxa bilmirəm onlara. Kartof 1 manatdır. Mən nə qədər kartof alım ki, onların qarınları doysun? Məktəbdən gəlib üzümə baxırlar, yemək istəyirlər... Kəndin özündə yumurtanın birini 30 qəpiyə satırlarsa, daha nə deyəsən?

- Aldığımız təqaüdü kommunal xərclərə ödəyirik, uşaqpulu yox, başqa yerdən gəlir yox. Biz necə dolanaq? Bizim yuxarıda oturanlar neynəyirlər, görəsən?

- Millət vəkilləri deyir abort etdirməyin. Bəs bu cavan gəlinlər uşaq doğub necə saxlasınlar? Uşaqpulu yox, fabrik yox, iş yeri yox. Belə ailə saxlamaq olar?

- Dərmanların qiyməti qalxıb. Bir manata aldığımız dərman 3 manat olub.

ƏSAS ARTIM...

Qazax şəhərindəki bir çox supermarketdə - iri dükanda daərzağın qiyməti hiss olunacaq dərəcədə artıb. Əsas artım siqaret, qənd, şəkər tozu, çay, uşaq qidaları və s. kimi gündəlik tələbat mallarında gözə çarpır. Amma bəzi marketlərdə əvvəlki qiymətlər qalır...

XS
SM
MD
LG