Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:34

İllik 12 faizədək olan bütün əmanətlər qorunacaq


Manat
Manat

-

Azərbaycanda bank əmanətlərinin sığortalanması ilə bağlı fevralın 24-də qəbul edilən yeni qərar təkcə bundan sonra yatırılan əmanətlərə deyil, indiyədək bankda olan əmanətlərə də şamil olunacaq.

Bu haqda Əmanətlərin Sığortalanması Fondunun (ADİF) ölkə banklarına göndərdiyi məktubda bildirilir.

Fonddan verilən məlumata görə, 1 avqust 2013-cü il tarixdən sonra banklara qoyulan bütün 12 faizədək olan əmanətlər qorunacaq.

Bu il fevralın 24-dən qorunan əmanətlərin faiz dərəcəsi 12 faiz müəyyən edilib. Ötən ilin mayından bu dərəcə 9 faizə endirilmişdi.

Əmanətlərin Sığortalanması Fondu indiyədək faiz dərəcəsini dəyişdirəndə qərar geriyə şamil olunmamışdı.

XS
SM
MD
LG