Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:45

Sabiq deputat Həsən Mirzəyev vəfat edib


Həsən Mirzəyev
Həsən Mirzəyev

-

Məşhur «91-lər»dən biri Həsən Mirzəyev fevralın 25-də vəfat edib.

Modern.az xəbər verir ki, 87 yaşlı professor səhhətinin pisləşməsi ilə əlaqədar bir neçə gün öncə xəstəxanaya yerləşdirilmişdi.

Həsən Mirzəyev 1927-ci il noyabrın 26-da Ermənistanda, Dərələyəzin Qovuşuq kəndində anadan olub. O, 1948-ci ildə orta məktəbi, 1950-ci ildə Naxçıvan Dövlət Müəllimlər İnstitutunu bitirib, 1965-1987-ci illərdə namizədlik və doktorluq dissertasiyasını müdafiə edib.

Uzun illər ADPU-nun «Müasir Azərbaycan dili» kafedrasına rəhbərlik edən H.Mirzəyev 200-dən artıq elmi əsərin, 12 cildlik monoqrafiya da daxil olmaqla 21 kitab və 8 tədris proqramının müəllifidir. Alimin rəhbərliyi ilə bir çox elmlər namizədi və doktoru yetişdirilib.

Azərbaycan filologiya elminin inkişafında müstəsna xidmətləri olan H.Mirzəyev Azərbaycan dilçiliyində feil bəhsi üzrə məktəb yaradıb.

1992-ci il noyabrın 21-dən Yeni Azərbaycan Partiyasının üzvüdür, YAP-ın üç qurultayının üçündə də YAP siyasi şurasına üzv seçilib.

Azərbaycan Respublikası Milli Məclisinin I çağırışında 22 saylı Binəqədi ikinci seçki dairəsindən deputat seçilib.

Həsən Mirzəyev 2002-ci ildə Heydər Əliyevin fərmanı ilə «Şöhrət» ordeninə, 2007-ci ildə İlham Əliyevin sərəncamı ilə «Əməkdar elm xadimi» fəxri adına layiq görülüb.

XS
SM
MD
LG