Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 23:48

-

Müsavat Partiyası Göyçay rayon təşkilatının üzvü Taleh Xasməmmədovun müdafiəsinə qalxıb.

Partiyanın bəyanatında hakimiyyətin vətəndaş cəmiyyəti fəallarına qarşı basqılarının davam etdiyi bildirilir.

Müsavat hesab edir ki, Taleh Xasməmmədov «şərlənərək həbs olunub».

«T.Xasməmmədovun təqsirsizliyini sübut edən şahid ifadələrinə baxmayaraq, onun haqqında CM-nin 221.2-ci maddəsi ilə cinayət işi açılması barədə məlumat yayılıb. T.Xasməmmədov 2011-ci ilin noyabrından 2012-ci ilin dekabrınadək qanunsuz həbsdə olub. Həbsdən çıxdıqdan sonra Göyçay və ətraf rayonlarda yerli əhaliyə hüquqi yardım göstərib. Sosial şəbəkələrdə aktiv olub. Hüquq müdafiəçisinin həbsinin siyasi sifarişlə əvvəlcədən planlaşdırılmış əməliyyat olduğu şübhə doğurmur»,-deyə bəyanatda bildirilir.

Müsavat Partiyası Azərbaycan hakimiyyətindən «qanunsuz həbslərə son qoyulmasını və Taleh Xasməmmədovun dərhal buraxılmasını tələb edir».

Taleh Xasməmmədov fevralın 24-də həbs olunub, xuliqanlıq maddəsi ilə barəsində cinayət işi başlanıb.

O, bundan öncə, 2011-ci ilin noyabrında xuliqanlıq və polisə müqavimət maddələri ilə həbs edilmişdi. Göyçay rayon Məhkəməsi onun haqqında 4 il azadlıqdan məhrumetmə cəzası çıxarmışdı. Təxminən bir il sonra prezidentin əfv sərəncamına düşərək azad olunmuşdu. O vaxt beynəlxalq təşkilatlar Taleh Xasməmmədovu «vicdan məhbusu» sayırdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG