Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:20

Ukrayna hərbçiləri atəşin davam etdiyini, amma səngidiyini deyirlər


Foto arxiv

Foto arxiv

Ukrayna hərbçiləri atəşkəsin pozulmasının davam etdiyini, amma son günlər səngidiyini deyirlər.

Ordusunun mətbuat xidmətindən verilən məlumata görə, rusiyapərəst separatçılar ötən gecə Popasnaya kəndini atəşə tutub, həmçinin Mariupol ətrafındakı Şirokino kəndini ələ keçirməyə cəhd göstəriblər.

Ukrayna ordusu bir daha bəyan edib ki, atəşkəsə əməl olunmayınca ağır silahların cəbhə xəttindən çıxarılmasına başlanmayacaq.

Rusiyapərəst separatçılar fevralın 24-dən ağır silahların cəbhə xəttindən çıxarılmasına başlandığını bəyan ediblər.

Amma bu məlumatı təsdiqləmək hələlik mümkün olmayıb.

Rusiyanın xarici işlər naziri Sergei Lavrov fevralın 25-də ATƏT-in müşahidəçilərini ağır silahların çıxarılmasını təsdiqləməyə çağırıb və bildirib ki, Kiyev Minsk razılaşmasına əsasən konstitusiyada islahatlara başlamalıdır.

Fevralın 12-də Minskdə əldə edilmiş razılaşmaya əsasən tərəflər fevralın 15-də atəşkəs elan etməli, 2 gündən sonra isə ağır silahları cəbhə xəttindən çıxarmalı idi.

Günün bütün mövzuları

XS
SM
MD
LG