Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:00

-

Doqquz ay öncə qorunan əmanətlər üzrə faiz dərəcəsinin maksimum həddi 10%-dən 9%-ə endirilmişdi. Faiz dərəcəsi 12-dən düşüb 9 faizdə qərar tutmuş, Əmanətlərin Sığortalanması Fondu faiz dərəcələrini endirməklə bankları yüksək faizli əmanət cəlb etməkdən çəkindirmək məqsədi güddüyünü açıqlamışdı. Bu il fevralın 24-dən isə banklarda yerləşdirilən, qorunan əmanətlər üzrə faiz dərəcəsinin maksimum həddi 9 -dan 12-yə qaldırılıb.

Əmanətlərin Sığortalanması Fondunun direktoru Azad Cavadov AzadlıqRadiosuna müsahibəsində yeni qərarın səbəblərindən danışıb:

- 2013-cü ilin avqustunda qorunan əmanətlərin faiz dərəcəsi 12-dən 10-na, ötən ilin mayında isə 10-dan 9-a endirilmişdi. Sadəcə, qorunmayan əmanətlərin həcmi daha çox idi. Banklar daha yüksək faizlə əmanət cəlb etdiyindən qorunmayan əmanətin həcmi artmışdı. Buna görə də faiz dərəcəsinin artırılması məqsədəuyğun sayıldı.

- Faiz dərəcəsi 9-a endiriləndə bildirmişdiniz ki, bankları yüksək faizlə əmanət cəlb etməkdən çəkindirmək istəyirsiniz. Bəs indi 12 faiz bu cəhdi yenidən stimullaşdırmayacaq?

- Banklar faiz dərəcəsini onsuz da yüksəltmişdi. 1.4 milyardlıq vəsait qorunmamış vəsaitdir. Biz faiz dərəcəsini endirəndə banklar bizi izləmədi. Biz isə bazarı izləyirik. Görürük ki, banklar faiz dərəcəsini artırıb. Əmanətçilərin maraqlarını qorumaq üçün faiz dərəcəsini artırdıq.

- Yəni, bunun manatın inflyasiyası ilə əlaqəsi yoxdur?

- Xeyr, yoxdur. İnflyasiya ilə bağlı məsələlər Mərkəzi Bankın və dövlətin yeritdiyi siyasətə aiddir, bizim məqsədimiz əmanətçilərin marağını qorumaq və bank sisteminin stabilliyinə dəstək olmaqdır.

- Qorunan əmanətlərin məbləği 30 min manata qədərdir. Limitin artırılması necə, gözlənilir?

- Təhlillər aparırıq. Qəti bir söz demək olmaz. Faiz dərəcələri ilə bağlı da təhlillər apardıq, dinamika göstərirdi ki, 3-cü və 4-cü rübdə qorunmayan əmlakların həcmi artıb. Bu ilin iki ayı üzrə banklardan məlumatı alanda gördük ki, artım dinamikası davam edir. Hər rübdə faiz dərəcəsi, həm də həcmlə bağlı vəziyyəti öyrənirik. Qorunan əmanətlərin limitinin artırılıb-artırılmayacağını da bazar göstərəcək.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG