Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:22

Həmsədrlər Qarabağla bağlı işçi qruplar yaradılmasını təklif ediblər


Elmar Məmmədyarov

Elmar Məmmədyarov

-

«Vasitəçilərdən tələb edirik ki, danışıqlarda söhbət ilk növbədə Ermənistan qoşunlarının işğal olunmuş torpaqlardan çıxarılmasından getsin».

apa-nın məlumatına görə, bunu fevralın 25-də Bakıda türkiyəli həmkarı Mevlüt Çavuşoğlu ilə görüşdən sonra Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Nazir bildirib ki, Minsk qrupu həmsədrləri münaqişənin həlli ilə bağlı işçi qrupların yaradılmasını təklif ediblər:

«Azərbaycan məcburi köçkünlərin qayıdışı zamanı görüləcək işlərlə bağlı Dünya Bankı ilə birgə layihə hazırlayıb. Ancaq Ermənistanla da bu məsələləri danışmalıyıq. İlk növbədə Ermənistan qoşunlarını işğal olunmuş ərazilərdən çıxarmalıdır. Ona görə də atəşkəsin pozulması hallarından danışarkən həmsədrlərdən tələb edirik ki, söhbət ilk növbədə Ermənistan qoşunlarının işğal olunmuş torpaqlardan çıxarılmasından getsin. BMT, ATƏT və digər beynəlxalq qurumların bu barədə qətnamələri, qərarları var. Bəzi qətnamələr, qərarlar qəbul olunmamış icra olunur, ancaq Dağlıq Qarabağ münaqişəsi ilə bağlı, təəssüf ki, biz bunu görmürük».

E.Məmmədyarov bildirib ki, Ermənistanın da regional layihələrə qoşulmasını istəyir: «Amma Ermənistan öz siyasəti ilə özünü küncə sıxır. Ermənistan regionda faydalı iş qurmaq istəyirsə, Azərbaycanın işğal olunmuş torpaqlarından çıxmalıdır».

Nazir çıxışında Ermənistanda olan iki azərbaycanlı əsiri də xatırlayıb: «Ermənilər iki azərbaycanlı girovu saxlaya bilməzlər, əminəm ki, onları gec-tez qaytaracaqlar».

Mevlüt Çavuşoğlu

Mevlüt Çavuşoğlu

Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu-nun Azərbaycana rəsmi səfəri fevralın 26-dək davam edəcək.

Onun ADA Universitetində mühazirəsi də nəzərdə tutulub.

Mətbuat konfransında Mevlüt Çavuşoğlu bildirib ki, hər səfəri zamanı Azərbaycanın gücləndiyinin şahidi olur:

«İki ölkə arasında münasibətlərin, xüsusən iqtisadi münasibətlərin inkişafı üçün çalışırıq. Qarşılıqlı ticarət dövriyyəsinin 15 milyard dollara çatdırılması istiqamətində fəaliyyət göstəririk».

Nazir TANAP-ın Türkiyə üçün strateji layihə olduğunu vurğulayıb: «TANAP-a Türkmənistan qazının da daxil edilməsinə çalışırıq. Bunu da əvvəllər bəyan etmişik».

M.Çavuşoğlu Azərbaycan-Türkiyə-İran, Azərbaycan-Türkiyə-Gürcüstan və Azərbaycan-Türkiyə-Türkmənistan üçlü formatlarının uğurlu fəaliyyət göstərdiyini, Azərbaycan-Türkiyə-Qazaxıstan formatı çərçivəsində xarici işlər nazirlərinin görüşünün keçirilməsi istiqamətində iş aparıldığını da qeyd edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG