Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 16:10

“Əgər rusiyapərəst separatçılar Ukraynanın şərqindəki Mariupol şəhərinə hücum etsə Avropa Birliyi Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək”.

Bunu Fransanın xarici işlər naziri Laurent Fabius fevralın 25-də bəyan edib.

Onun sözlərinə görə bu barədə Rusiyaya aydın siqnal verilib.

Həmçinin Polşanın xarici işlər naziri Grzegorz Schetyna hesab edir ki, əgər separatçılar bu şəhərə hücum eləsə artıq yeni sanksiyalar masa üzərində olmalı və avtomatik hərəkətə keçirilməlidir.

Ukrayna ordusu ilə rusiyapərəst separatçılar bir-birlərini Mariupol uğrunda döyüşə hazırlaşmaqda günahlandırırlar.

Ukrayna hərbçilərinin sözlərinə görə artıq 2-cü gündür ki, Ukraynanın şərqində atəşkəsin pozulması hallarının xeyli azaldığı müşahidə olunur.

Ötən gün Mariupol, Lugansk və Donetsk istiqamətlərində atışma olmayıb.

Amma bəzi yaşayış məntəqələri separatçılar tərəfindən atəşə tutulub.

Günün bütün mövzuları

XS
SM
MD
LG