Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:44

Obama Keystone kəmər layihəsinə veto qoyur


ABŞ-da Keystone layihəsinə etiraz

ABŞ-da Keystone layihəsinə etiraz

-

ABŞ prezidenti Barack Obama Kanada ilə Birləşmiş Ştatlar arasında Keystone XL neft kəməri layihəsinə veto qoyub.

Respublikaçıların nəzarətində olan Konqres layihəni fevralın 24-də prezidentə göndərmişdi.

Kəmər Kanadanın Alberta vilayətindən xam nefti Birləşmiş Ştatlar ərazisindən Meksika Körfəzi sahillərinə daşıyacaqdı. Respublikaçılar layihənin iş yerləri yaradacağını deyir, Demokratlar isə onun ətraf mühitə vuracağı ziyanı önə çəkirdilər.

Obama prinsipcə layihəyə qarşı olmadığını deyib, ancaq Konqres üzvlərini Keystone kəmərinin milli maraqlara uyğunluğunu ölçüb-biçməməkdə ittiham edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG