Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:24

Bazarlar kimin inhisarındadır?


«Çəkisiz bazar», Qəbələ, 14 may 2006
«Çəkisiz bazar», Qəbələ, 14 may 2006
Prezident İlham Əliyev oktyabrın 21-də Nazirlər Kabinetində 9 ayın sosial-iqtisadi yekunlarına dair müşavirədə bazarlardakı bahalıqdan şikayətləndi. O, qiymətlərin bahalaşmasını inkişafın olmasıyla əlaqələndirdi. Bildirdi ki, adamların həyat səviyyəsi yaxşılaşır, maaşlar, pensiyalar qalxır və bazar da dərhal buna reaksiya verir. Cənab Əliyev onu da qeyd etdi ki, o, heç şübhə etmir ki, qiymətlər bahalaşsa, yenə hər şey alınacaq, çünki varlıların, orta təbəqənin sayı artır. Amma bununla yanaşı, ölkə başçısı vurğuladı ki, kasıbları, alıcılıq qabiliyyəti aşağı olan insanları, qocaları, tənha, kimsəsiz adamları da yaddan çıxarmaq olmaz. Elə bu səbəbdən də prezident qeyd etdi ki, süni qiymət qaldıranlara qarşı ciddi inzibati tədbirlər görülməlidir. Cənab Əliyev aidiyyatı orqanlara göstəriş verdi ki, süni bahalaşmaya qarşı tədbirlər görsünlər. Amma həmin tədbirlərin nədən ibarət olacağı barədə konkret fikir söylənilmədi.

«Şəffaflıq»da bu dəfə bazarlardakı inhisardan söz açılır. «Turan» İnformasiya Agentliyinin bazarların monitorinqi şöbəsinin əməkdaşı Sarvan Rizvanov və Korrupsiyaya Qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov mövzunu müzakirə edir.


DİNLƏYİN


XS
SM
MD
LG